Dünya futbolu

Avropa klubunun kapitanı Türkiyə bayrağı sarğısından imtina edib

Niderlandın “Ayaks” klubu Türkiyəyə dəstək kampaniyasına qoşulmayıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkə çempionatında çıxış edən komandaların kapitanlarının sonuncu turdakı oyunlara Türkiyə bayrağı sarğısı ilə çıxacaqları bildirilmişdi. Ancaq Niderlandın köklü klublardan olan “Ayaks” bu dəstəyə qoşulmayıb.

Komandanın kapitanı Duşan Tadiç meydana Türkiyə bayrağı sarğısı ilə çıxmaqdan imtina edib. Daha sonra yerli mətbuat bunun rəhbərlik səviyyəsində verilmiş bir qərar olduğunu yazıb.

Bununla bağlı ölkəsinin idman kanallarının birinə danışan “Qalatasaray”ın sabiq futbolçu Uesli Sneyder “Ayaks” rəhbərliyinin niyə belə bir addım atdığını bilmədiyini söyləyib. Sneyder bu kampaniyaya qoşulan digər 17 kluba təşəkkür etdiyini də sözlərinə əlavə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43