Dünya futbolu

“Barselona” “Fənərbağça”lı üçün tələsir

“Fənərbağça”nın futbolçusu Arda Gülər İspaniya nəhənginin diqqətindədir.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu “Barselona”nın maraq dairəsindədir. 17 yaşlı oyunçunun hazırda maliyyə dəyəri 10 milyon avrodur.

Ardanın qiyməti Kataloniya klubu üçün olduqca uyğun məbləğdir. Bu səbəbdən də “Barselona” rəhbərliyi transferi tez bir zamanda bitirmək istəyir.

Daha öncə 17 yaşlı futbolçu üçün “Borussiya”, PSJ və “Napoli” kimi klubların da maraqlandığı bildirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43