Dünya futbolu

“Benzema əfsanədir və klubda qalmalıdır”- Ançelotti

Karlo Ançelotti İspaniya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis fransalı hücumçu Kərim Benzemanın gələcəyi ilə bağlı danışıb. O, futbolçunun komandaya çox faydalı olduğunu bildirib:

“Benzema ilə müqaviləni uzadılıb-uzadılmayacağını bilmirəm. Ancaq o, bu klubun əfsanəsidir və “Real”da qalmalıdır”.

Hücumçunun “Real”la müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub. Futbolçunun Madrid təmsilçisi ilə sözləşmə uzadacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43