Ölkə futbolu

“Şamaxı”da yeni müqavilə

“Şamaxı” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Rəhman Daşdəmirov daha il yarım komandanın formasını geyinəcək.

Bölgə klubu daha öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib və digər forvard Rövşən Şahmuradovla müqavilə yeniləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43