Kateqoriyasız

Samir Əliyevin istefası qəbul olunmayıb

Samir Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində təşkil olunmuş “Neftçi” – “Qəbələ” (0:1) matçının 90-cı dəqiqəsində buraxılmış qolla məğlub olmuş komandamızın baş məşqçisi Samir Əliyev oyun sonrası mətbuat konfransında vəzifəsindən istefa verəcəyini bildirib.

Matçdan sonra klubun inzibati binasında baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və baş məşqçi Samir Əliyevin fikirləri dinlənilib.

Müşahidə Şurası tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Samir Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək. (Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43