Dünyadan

Samir 4 il futboldan uzaqlaşdırıla bilər

“Sevilya”nın yarımmüdafiəçisi Samir Nəsri 4 il futboldan kənarda qala bilər.

İdmanxeber.com-un məlumatına görə, Nəsri İspaniyada “Drip Doktors” klinikasında müalicə zamanı narkotik vasitələrdən istifadə etdiyindən, cəzalana bilər. Klinikanın saytında burda istifadə edilən dərmanlarda hidrat olduğu qeyd edilib. Beynəlxalq anti-dopinq agentliyi WADA bu maddədən istifadəni qadağan etdiyindən, Nəsri ciddi cəzalana bilər.

Samirin qanında qadağan edilmiş preparat aşkar ediləcəyi təqdirdə, 4 il müddətinə futboldan kənarlaşdırılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43