Dünyadan

Özil məşqlərə başladı

Səhətindəki problemlər səbəbilə bir müddət yaşıl meydanlardan uzaq qalan “Arsenal”ın futbolçusu Məsut Özil məşqlərə başlayıb.

İdmanxeber.com-un məlumatına görə, türkəsilli yarımmüdafiçi artıq sağalıb. Ancaq buna baxmayaraq, onun İngiltərə kubokunda yanvarın 7-i keçiriləcək “Preston”a qarşı oyunda iştirak edəcəyi gözlənilmir.

Komandanın baş məşqçisi Arsen Vengerin növbəti həftədən M.Özilə şans verəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43