Dünyadan

Kazımın yeni komandası məlum oldu

Türkiyə millisinin sabiq üzvü Kolin Kazımın yeni iş yeri bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, futbolçu karyerasını “Korintians”da davam etdirəcək.

Bu barədə məlumatı Braziliya klubunun rəsmi “twitter” hesabı yayıb. 30 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, bu keçid üçün “Korintians” “Koritiba”ya 1,8 milyon transfer haqqı ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43