Kateqoriyasız

Samir Abasov: “Bunu azarkeşlərlə öz aramızda həll edəcəyik”

Premyer Liqanın 27-ci turu çərçivəsində “Neftçi” “Zirə”nin qonağı olub və rəqibinə uduzub – 0:1.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov media mənsublarının suallarını csvablandırıb:

– Rəqibi təbrik edirəm. Artıq avrokuboklara vəsiqə qazandılar. Oyundan əvvəl belə oyunlara komandanı kökləmək çətin olur. Çünki stimul qalmır. İki tur bundan qabağ “Qəbələ” ilə oyunda avrokuboklara vəsqiəni təmin etdik. Bu gün komandamı təbrik edirəm. Yaxşı oyunadılar. Uşaqlar canını qoydular.

– Bu gün azarkeşlər daha aqressiv görünürdülər. Bəlkə üzr istəməklə bu yolla həll etmək olar?

İki dəfə istefa şüarlarını eşitdim. Daha sonra belə bir şüar səsləndirmədilər. Bunu öz aramızda həll edəcəyik. İstəmirəm bu məsələ kənara çıxsın.

– “Neftçi” karyeranızda bir çempionluq və bir ikincilik əldə etmisiniz. Özünüz üçün bunu necə dəyərləndirərdiniz?

Çox yaxşı göstəricidi. Klub rəhbərliyinin qabağımıza qoyulan məqsədi layiqli bacarmışıq.

– Nəticələr bəllidi. Sonuncu turda əzəli rəqibiniz “Qarabağ”la qarşılaşacaq. Komandanızı bu oyuna necə kökləyəcəksiniz?

Ciddi itkilərlə çıxacağıq. Emin Mahmudov cəza səbəbindən bu oyunu buraxacaq. Maraqlıdır ki, hakim bugünkü oyunun ilk hissəsində xeyli sayda sarı vərəqələr payladı. Ömər Buludiv epizodu… Orada penalti yox idimi?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43