Kateqoriyasız

Samir Abbasov: “Dominantlıq etməyə hazır deyilik”

“Çox gərgin oyun alındı, qarışıq hisslərim var,  nəsə başqa şeylər danışacağımdan qorxuram. 5 qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, oyunun hakimliyi ilə bağlı heç bir narazılığının olmadığını bildirib:

“Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları  yaratdılar. Səhvlərimizin sayı çox oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43