Kateqoriyasız

Adil Şükürovdan qalibiyyət şərhi

“Komandadan çox razıyam, qələbəyə görə şadam. Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləro "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

"Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə matçda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik” – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43