İdman

Samuel Armenteros 2 milyon qarşılığında A Seriyası klubuna keçdi – FOTO

Daha əvvəl "Qarabağ"ın uğurları üçün tər tökən hücumçu Samuel Armenteros bundan sonra karyerasını İtaliya A seryası komandalarından "Benevento"yada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, isveçli forvard yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib. Klubun bu keçid üçün 2 milyon avro ödədiyi də yayılan xəbərlər arasında.

Qeyd edək ki, ötən mövsüm “Herakles”də çıxış edən S.Armenteros Hollandiya çempionatında 19 qol vurub. 2015/2016 mövsümündə "Qarabağ"da oynayan Armenteros 23 oyuna 7 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43