İdman

San Marino millisi qələbə hesabını qoruya bilmədi

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. İdmanxeber.com-un məlumatına görə, sentyabrın 1-də Şimali İrlandiya, 4 gün sonra Azərbaycanla keçiriləcək matçlara hazırlaşan cırtdan ölkə təmsilçisi  “Santarkancelo” klubu ilə görüşüb.

Qarşılaşma qollu heç-heçə ilə nəticələnib. Adolfo Hriş 44-cü dəqiqədə hesabı açsa da, milli üstünlüyünü qoruya bilməyib.

 Klubun bərabərlik qolunu Andrea Busqlia vurub. O, 90+2-ci dəqiqədə yığmanı qələbədən məhrum edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43