Ölkə futbolu

Danimarkadan “Neftçi” – “Qarabağ” matçını izləməyə gələn var

Bu gün Azərbaycan Premyer Liqasının 2017-2018-ci il mövsümünün açılış görüş olan “Neftçi” – “Qarabağ” matçını tək yerli azarkeşlər izləməyəcək.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdmanxeber.com-a verdiyi məlumata görə, qarşılaşmanı seyr edənlər arasında “köhlən atlar”ın Çempionlar Liqasındakı rəqibi “Kopenhagen”i təmsil edən şəxs də yer alacaq.
Danimarka klubunun məşqçilər korpusundan olan “casus” Qurban Qurbanovun komandasını təhlil etməyə çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43