İdman

“Səbail”dən məhsuldar heç-heçə

Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komanda “Su Səsi” otelin meydançasında Slovakiyanın yüksək liqa təmsilçisi “Senica” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. “Səbail”in hər iki qolunu yeni transfer Yevgeni Koçuk vurub.

Qeyd edək ki, “Səbail” bundan əvvəl   Bolqarıstanın “Lokomotiv”inə 1:3 hesabı ilə uduzub, “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43