İdman

“Keşlə”dən qollu bərabərlik

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün sonuncu  yoxlama oyunu keçirib.

İdmanxeber.com-unməlumatına görə, paytaxt klubu Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Keşlə” bundan əvvəl yoxlama görüşlərində Ukraynanın “Karpati”sinə 1:2 hesabı ilə uduzub, “Rabotniçki”yə  1:0 hesabı ilə qalib gəlib.

1 fevral

Yoxlama oyunu

17:00.”Keşlə” – “Yenisey” (Rusiya) – 1:1
Qol: Slavik Alxasov, 35


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43