Ölkə futbolu

“Şəfa” stadionunun mətbuat konfransı, yoxsa seçiciləri ilə görüş keçirən Dənizli və Sxadadze? – VİDEO

Dünən keçirilən "İnter" – "Xəzər Lənkəran" matçından sonra keçirilən mətbuat konfransında bir məqam diqqətdən yayınmadı.

İdmanxeber.com-un məlumatına görə, "Şəfa" stadionunun mətbuat konfransınında "bankirlər"in bayrağı deyil, Yeni Azərbaycan Partiyasının (YAP) atributu qoyulmuşdu. 

Maraqlıdır görəsən, niyə məhz YAP bayrağı? Niyə kluba aid bir atribut da deyil, hansısa partiyanın rəmzi olan bayraq yer almışdı? 

Videoya diqqət yetirdikdə Mustafa Dənizlinin hansısa matçdan sonra mətbuat konfransında deyil, sanki seçiciləri ilə görüş keçirdiyi təsəvvürü yaranır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43