Ölkə futbolu

Səlahət Ağayev: “Başqa komandadan təklif almışdım”

“İnter”in qapıçısı Səlahət Ağayev AZAL-la keçirilən yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com saytı həmin açıqlamaları sizə təqdim edir:


Yarım mövsümlük aradan sonra “İnter”ə qayıtdınız. Komandada sizi necə qarşıladılar?
– Mən yad yerə yox, öz evimə, doğma komandama qayıtdım. Hər şey normaldır. Yaxşı qarşıladılar. 
– Yeni kollektivlə ilk oyununuzdan razı qaldınız?

– Burada “Sumqayıt”da da, “İnter”də də birgə oynadığımız futbolçular var. Heç biri mənə yad deyil. 

Kapitanlıq sarğısı yenə sizə veriləcək?
– Kapitanın kim olacağını deyə bilmərəm. Belə məsələləri baş məşqçi həll edir. AZAL-la yoxlama oyununun birinci hissəsində kapitan Nizami Hacıyev oldu. Amma o, əvəzlənəndə sarğını mənə verdilər.

 

Növbəti mövsümdən nə gözləyirsiniz?
– Minimum hədəfimiz avrokuboklara çıxmaqdır. Çempionluğa da oynaya bilərik.

 

Azarkeşlər sizin “İnter”i “Sumqayıt”a dəyişməyinizə görə yəqin ki, incikdirlər…
– Buna haqları çatır. Yeddi il bu komandada çıxış etmişəm. Amma mən komandanı pis vaxtında qoyub getməmişdim.

 

Qapıçılar tez-tez klub dəyişməyi sevmirlər. Amma siz son dövrlərdə tez-tez belə addım atırsınız…
– Başqa komandalardan cəlbedici təkliflər almışdım. Amma alınmadı. Buna görə “Sumqayıt”da oynamağa qərar verdim. İndi isə yenidən “İnter”ə qayıtmağı üstün tutdum.

 

Əvvəlki mövsümlərdə Georgi Lomaya ilə rəqabət aparırdınız, bundan sonra isə Orxan Sadıqlı ilə…
– Gürcü qapıçıdan çox şey öyrənmişəm. O, ölkəmizdə çıxış etmiş ən yaxşı legioner qapıçılardan biri idi. Orxan da yaxşı qapıçıdır. Bircə onu bilirəm ki, “İnter”də qapıçılarla bağlı problem olmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43