Dünyadan

Səlcuq İnan Messini böyük fərqlə qabaqladı

Türkiyə millisinin futbolçusu Səlcuk İnanın “Avro-2016″nın seçmə mərhələsində İslandiyaya vurduğu qol Avropanın ən yaxşısı seçilib.

İdmanxeber.com-un məlumatına görə, UEFA rəsmi “Tvitter” səhifəsində keçirdiyi sorğuda 2015-ci ildə klub və ya milli komandalarda vurulan ən yaxşı qol seçmələrini istəyib.

İnanın İslandiyaya vurduğu qol 69 faiz səslə birinci olub. Lionel Messinin qolu ikinci (19 faiz) ən yaxşı qol seçilib.

Qeyd edək ki, sorğuda 159 min 106 azarkeş iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43