Kateqoriyasız

“Qəbələ” “Sürix” və “Dnepr”lə qarşılaşacaq

“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək.

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun komandası İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

Yanvarın 24-də keçiriləcək son yoxlama matçında Qəbələ təmsilçisi UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43