Dünya futbolu

“Sent-Etyen” in futbolçusu: “Əsas komandanın necə oynamasıdır”

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la bərabərə qalan "Sent-Etyen" klubunun futbolçusu Jeremi Klemen UEFA-nın rəsmi saytına açıqlama verib.

İdmanxeber.com futbolçunun açıqlamasını təqdim edir:

"Qarabağ"la görüşdə bacardığımızın daha yaxşısını etməli idik. Oyunda üstünlük bizim tərəfimizdə idi, ancaq buna görə mükafatlandırılmırıq. Əsas qol vurmaqdır. Bu futboldur. Burada qələbə ilə məğlubiyyət arasında elə də böyük fərq yox idi. Lakin əsas komandanın necə oynamasıdır. Bəli, heç-heçə yaxşı nəticə deyil. Lakin qarşıda bir oyunumuz var və hər şey mümkündür"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43