Dünya futbolu

“Sent Etyen”in futbolçusu: “Rəqibin çoxsaylı azarkeşinin olduğunu bilirik”

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq olan "Sent Etyen" klubunun futbolçusu Mustafa Bayal oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, müdafiəçi matç haqda bu fikirləri səsləndirib:

"Rəqib haqda çox söz deyə bilmərəm. Yalnız bəzi oyunlarının videosuna baxmışıq. Ona görə də səfərdəki matçda çox diqqətli olmalıyıq. Rəqibimizi tanımağa çalışırıq ki, səfərdə necə oynayacağımızı bilək. Biz Bakıya xal almaq üçün gedirik. Bizi Bakıda asan oyun gözləmir. Rəqibin çoxsaylı azarkeşinin olduğunu bilirik. "Qarabağ" güclü azarkeş dəstəyi altında sabit çıxış etdiyini də bilirik".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43