Ölkə futbolu

“Şerif” Bakıda tək qaldı

Bu axşam UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq “Şerif” Bakıya jurnalist gətirməyib.

İdmanxeber.com-un məlumatına görə, Moldova klubu səfərə jurnalist aparmağı lazım bilməyib. Bundan başqa qonaq komandanı Bakıda hər hansı fan klub azarkeşləri də dəstəkləməyəcək. Belə ki, “Şerif” klubu moldovalı azarkeşlərin Bakıya gəlməsində də maraqlı olmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43