Kateqoriyasız

“Şerif”lə müqavilə bağladı, “Xəzər Lənkəran”ı yada saldı

“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Andrey Mureşanın yeni iş yeri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı futbolçu karyerasını Moldovanın ən titullu klublarından biri olan “Şerif”də davam etdirəcək.  

Bu barədə Tiraspol klubunun rəsmi saytı məlumat yayıb. Mureşan açıqlamasında sabiq klubları “Kuban” və “Xəzər Lənkəran” haqda da danışarkən, Krosnadar təmsilçisi ilə icarə, Cənub komandası ilə müqaviləsi bitdiyi üçün getdiyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43