Kateqoriyasız

ŞOK! “Topaz”a borclu olan kişi özünü qatarın altına atdı

Ötən gün saat 15:35-də Goranboy rayonunda 39 yaşlı kişi intihara cəhd edilib.  

İdmanxeber.com anspress-ə istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Ağamalıoğlu kəndində 1975-ci il təvəllüdlü Faiq Teyyub oğlu Musayev özünü qatarın altına atıb.

Ağır yaralanan Faiq Musayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışır.

Araşdırmalar zamanı məlum olub ki, Faiq Musayev intihar etmək istəyib. Onun “Topaz”a xeyli miqdarda borcu olduğu bildirilir. Ehtimal olunur ki, kişi borclu olduğu üçün özünü öldürmək istəyib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43