Ölkə futbolu

Sertan Taşkının durumuna aydınlıq gəlib

Taşkın növbəti oyunu buraxa bilər.

Ötən tur “Sumqayıt”la matçda başından zədələnən Sertan Taşkının durumuna aydınlıq gəlib. Klubdan saytımıza verilən məlumata görə, oyunçunun vəziyyəti hazırda yaxşı olsa da, “Qəbələ” ilə matçda oynayıb-oynamayacağına həkim rəyindən sonra qərar veriləcək.

Qeyd edək ki, “Sumqayıt”la oynanılan matçda zədələnən Sertan Taşkının başına 8 tikiş qoyulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43