Dünya futbolu

“Sevilya”dan yeni transfer

“Sevilya” növbəti transferini həyata keçirib.

La Liqa təmsilçisi “İnter”in (İtaliya) yarımmüdafiəçisi Ever Baneqanı transfer edib. 28 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, E.Baneqa ötən yay “Sevilya”dan “İnter”ə transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43