Ölkə futbolu

Simeone “Qarabağ”dan danışdı

O,”Qarabağ”ı unuda bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, “Atletiko” nun baş məşqçisi avqustun 15-i “Real”la qarşılaşacağı UEFA Superkuboku matçından öncə yerli mətbuata açıqlama verib. O, ötən mövsüm Çempionlar Liqasında irəli getməmələrinin səbəbinin “Qarabağ” olduğunu bildirib:

“Ötən mövsüm Çempionlar Liqasında bizim önümüzü nə “Roma”, nə də “Çelsi” kəsdi. Biz “Qarabağ”la oynadığımız matçlarda itirdiyimiz xallara görə, qrupda qaldıq. Bu, bizim üçün çox ağır zərbə oldu. İndi qarşıda bizi “Real”la çətin oyun gözləyir. Mövsümə kubokla başlamaq istəyirik.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43