Kateqoriyasız

“Simurq” – “Qəbələ”: yubiley üçün…

“Qəbələ” Topaz Premyer Liqasının VIII turunda “Simurq”la qarşılaşacaq. 

Sentyabrın 29-da baş tutacaq görüş rəqiblər arasında 23-cü matç olacaq. İlk dəfə hər 2 komandanın I dəstədə mübarizə apardığı 2005/06 mövsümündə üz-üzə gələn tərəflər indiyədək 22 dəfə görüşüb.

Baş tutan qarşılaşmalardan 18-i Premyer Liqa, 2-si Azərbaycan kuboku, 2-si I dəstəyə təsadüf edib. Bu oyunlarda 9 qələbəsi olan “Qəbələ” yubiley – 10-cu uğurun astanasındadır. Daha 5 görüşdə 1 xalla kifayətlənən “qırmızı-qaralar” 8 dəfə meydanı məğlub tərk edib. Top fərqində isə bu üstünlük daha böyükdür – 25:20. Bu üstünlüyün səbəbi qarşılaşmalarda qeydə alınan hər 2 böyükhesablı qələbənin Qəbələ təmsilçisinin hesabında olmasıdır.

“Simurq”la görüşlərdə vurulan 25 qola “Qəbələ”nin 22 oyunçusu imza atıb. Yalnız Deon Bartonla Kristian Torres hərəyə 2 qol vurub. Daha 1 qolu isə zaqatalalılar öz qapısına vurub. Barton həm də “qırmızı-qaralar”ın heyətində yeganə dubl müəllifidir.

I dəstədəki hər 2 oyunda da, kubokda isə 1 matçda və ümumi nəticədə qalib gələn “Qəbələ” Premyer Liqa oyunlarında baş tutan 18 görüşdə 18 qol vurub. Bu matçlarda 6 qələbə qazanıb, 5 heç-heçə edib, 7 dəfə uduzan “qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir – 18:17.

12-ci dəfə “Simurq”un qonağı olacaq “Qəbələ” rəqib meydanında 3 qələbə qazanıb və eyni sayda bərabərliyə nail olub. Digər 5 matçda isə zaqatalalılar qalib gəlib. Səfərdə 10 qolu olan “qırmızı-qaralar” öz qapısından 13-nü buraxıb.

2005/06. I dəstə

05.10.2005. Göy-Göl (Xanlar) – Simurq (Zaqatala) – 2:0

Oleq Osadçi, 56, Rövşən Əhmədov, 58

2005/06. I dəstə

01.03.2006. Simurq (Zaqatala) – Gilan (Xanlar) – 1:3

Ramin Nəsibov, 56-p. – Rövşən Vəliyev, 45+1, Rəşad Yusubov, 72-p., Əli Abışov, 76

2006/07. Premyer Liqa

23.10.2006. Gilan (Qəbələ) – Simurq (Zaqatala) – 1:2

Rəhman Əzizov, 65 – Elnur Məmmədov, 2, Ramin Nəsibov, 75

2006/07. Premyer Liqa

07.04.2007. Simurq (Zaqatala) – Gilan (Qəbələ) – 3:1

Ramin Nəsibov, 50, 59, Aqşin Ömərov, 52 – Vitali Balamestnı, 28

2007/08. Premyer Liqa

15.09.2007. Simurq (Zaqatala) – Qəbələ – 2:0

Ramil Sayadov, 21, Andrey Danayev, 67

2007/08. Azərbaycan kuboku, 1/8 final

24.10.2007. Qəbələ – Simurq (Zaqatala) – 1:0

Abdulkader Öz, 9

2007/08. Azərbaycan kuboku, 1/8 final

31.10.2007. Simurq (Zaqatala) – Qəbələ – 2:1

Samir Musayev, 79, Aleksandr Malıgin, 90+4 – Abdulkader Kamara, 76,

2007/08. Premyer Liqa

27.04.2008. Qəbələ – Simurq (Zaqatala) – 1:0

Şəhruz Mustafayev, 63

2008/09. Premyer Liqa

23.11.2008. Qəbələ – Simurq (Zaqatala) – 0:0

2008/09. Premyer Liqa

11.05.2009. Simurq (Zaqatala) – Qəbələ – 1:0

Vladimir Mazyar, 84

2009/10. Premyer Liqa

16.08.2009. Qəbələ – Simurq (Zaqatala) – 2:1

Kənan Kərimov, 11; İqor Melnik, 23 – Sergey Artyux, 34

2009/10. Premyer Liqa

28.11.2009. Simurq (Zaqatala) – Qəbələ – 1:1

Elşən Məmmədov, 47 – Aleksandr Malıgin, 86 (ö.q.)

2010/11. Premyer Liqa

01.10.2010. Simurq (Zaqatala) – Qəbələ – 0:2

Saşa Yunisoğlu, 14; Terri Kuk, 85

2010/11. Premyer Liqa

27.11.2010. Qəbələ – Simurq (Zaqatala) – 4:0

Deon Barton, 30 (p.); 61 (p.); Kristian Torres, 55; Arif İsayev, 90

2010/11. Premyer Liqa

17.04.2011. Qəbələ – Simurq (Zaqatala) – 3:0

Milan Antiç, 34; Lyuba Baranin, 55; Kristian Torres, 88

2010/11. Premyer Liqa

30.04.2011. Simurq (Zaqatala) – Qəbələ – 0:0

2011/12. Premyer Liqa

29.10.2011. Qəbələ – Simurq (Zaqatala) – 0:2

Yevgeni Şmakov, 40; Robertas Poşkus, 59

2011/12. Premyer Liqa

16.02.2012. Simurq (Zaqatal) – Qəbələ – 0:1

Viktor Mendi , 81

2012/13. Premyer Liqa

04.08.2012. Simurq (Zaqatala) – Qəbələ – 1:1

İlkin Qırtımov, 66 – Deyan Kelhar, 15

2012/13. Premyer Liqa

16.12.2012. Qəbələ – Simurq (Zaqatala) – 0:1

Mario Bojiç, 77

2012/13. Premyer Liqa

05.04.2013. Qəbələ – Simurq (Zaqatala) – 1:1

Lorival Assis, 54 – Tomislav Buşiç, 90

2012/13. Premyer Liqa

03.05.2013. Simurq (Zaqatala) – Qəbələ – 2:0

Nicat Qurbanov. 54; 68


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43