Ölkə futbolu

“Rəvan” bu xəbərlə sevindi

“Rəvan” Premyer Liqanın VIII turu çərçivəsində AZAL-ı qonaq edəcək. Komanda oyuna hazırlığı “Bayıl Arena”da davam etdirir.

 Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi ilə gündə 1 dəfə olmaqla keçirilən məşqlərdə futbolçular müxtəlif təmrinləri yerinə yetirir. Məşqlər daha çox taktiki-texniki yöndə olur. Toplu çalışmaların üstünlük verildiyi hazırlıqlarda zədəli 2 futbolçudan – Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa hamı iştirak edir. “Qəbələ” ilə oyundan əvvəl isinmə hərəkətləri zamanı xəsarət alıb meydana çıxa bilməyən Aqil Nəbiyev də ümumi qrupda məşqləri davam etdirir. Komandanın həkiminin sözlərinə görə, Aqilin AZAL ilə oyunda meydana çıxması üçün heç bir problem yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43