Ölkə futbolu

“İnter” artıq Lənkərandadır – FOTO

Premyer Liqanın VIII turu çərçivəsində “İnter” səfərdə “Xəzər-Lənkəran”la qarşılaşacaq.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Bakı təmsilçisi bu gün Lənkərana gəlib.

“İnter” “Qafqaz Sahil Otel”ində məskunlaşıb. “Bankirlər” bu gün Lənkəran şəhər stadionunda oyunöncəsi məşqə çıxacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” qarşılaşması sabah saat 19:00-da başlanacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43