Kateqoriyasız

“Simurq”u qələbəyə daşıyan futbolçu 20-yə çatdı

“Simurq”un futbolçusu Draqan Çeran Azər Premyer Liqasının XXI turunun “Qəbələ” ilə oyununda rəqib qapısına 2 dəfə yol tapmaqla, Azərbaycan çempionatlarındakı qol hesabını 20-yə çatdırıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, onun penaltidən vurduğu ikinci top yubiley xarakteri daşıyıb. 28 yaşlı serbiyalı hücumçu “Simurq”un tarixində milli çempionatlarda 20 və daha çox qol vuran 2-ci oyunçu olub. Çeran bu göstəricidə yalnız ukraynalı Vladimir Mazyardan geri qalır. Ötəm mövsüm 31 qarşılaşmada 11 dəfə fərqlənən balkanlı cari çempionatın 15 matçında 9 qolun sevincini yaşayıb.

Qeyd edək ki, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Simurq”un heyətində 7 futbolçu 10 və daha çox qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43