Kateqoriyasız

Nfor geri qaytarıldı

"Neftçi"nin futbolçusu Ernest Nfor əvəzedici komandanın məşqlərində səylə iştirak etmiş və meydana çıxdığı oyunlarda fərqlənmişdir. 

İdmanxeber.com-un məlumatına görə, əvəzedici komandanın son iki qələbəsində pay sahibi olan futbolçu, baş məşqçi Arif Əsədova müraciət edərək yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut etmək üçün ona şans verilməsini istəmişdir. Bu müraciətdən sonra məşqçilər korpusunun təqdimatına əsasən futbolçunun əsas komandaya qaytarılmasına qərar verilmişdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43