Kateqoriyasız

Skarlatake üsyan etdi: “Belə olmaz”

“Bu bizim üçün utancvericidi. Hələ bu günə kimi karyeramda belə bir nəticə olmamışdı. Heç baş məşqçimiz Yunis Hüseynovun karyerasında dda belə bir nəticə olmayıb”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake deyib.

Lənkəran klubunun rumıniyalı müdafiəçisi daha sonra sözlərinə belə davam edib:

“Fasilədə baş məşqçimiz bizə ancaq tapşırıqlarını verdi. Nə desin? Bu uşaqlarla mübarizə aparmaq olmur. Gənclərdən ibarət komandayla güclü komandalara qarşı mübarizə aparmaq olmur. Deyəsiz söz yoxdu. Mübarizə rəqibə bu formada uduzmaq utancvercidi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43