Ölkə futbolu

Pereyra: “Biz bu qəlbəyə layiq idik”

Topaz Premyer Liqasının VII turunda “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı darmadağın edib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” rəqibin qapsıından 6 cavabsız top keçirib.

Vurulan qolların ikisinin müəllifi olan Fakundo Pereyra oyundan sonra bunları deyib:

“Bu gün yaxşı oynadıq. Biz bu qələbəyə layiq idik. Bundan öncəki oyunlarada da çoxlu qol imkanları yaratmışdıq. Lakin bunlardan yararlana bilmirdik. Bu dəfə isə fərqli oldu.

“Krasnodar”la oyunda da qələbəyə layiq biz idik. Ancaq nəticə fərqli oldu. Krasnodardaki o məğlubiyyət bizə çox pis təsir etmişdi. Biz buna gorə daha istəkli oynadıq ki, “qara zolaq”dan cixaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43