İdman

Sofiyada uğurlu gün: iki boksçumuz yarımfinalda

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı davam edir. 

İdmanxeber.com-un məlumatına görə, bu gün rinqə cıxan üç boksçumuzdan ikisi yarımfinala yüksəlib. Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimerdanova isveçli Helena Envallı məğlub edərək yarımfinala adını yazdırıb. 57 kq-da ölkəmizi təmsil edən Məhsəti Həmzəyeva türkiyəli Burcu Sati ilə qarşılaşıb. İdmançımız döyüşü daha yaxşı keçirsə də, qələbə rəqib idmançıya verilib. 69 kq çəkidə isə Yelena Vstropova italiyalı Assunta Kanfora ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 

Qeyd edək ki, sabah qitə çempionatında fasilədir. Daha sonra isə turnir yarımfinal döyüşləri ilə davam edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43