Kateqoriyasız

Sofiyadan “Qarabağ” üçün bəd xəbər

Hazırda Bolqarıstanla qarşılaşan millimiz ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Maksim Medvedev zədələnib. 

Oyunun startından bu yana zəif təsir baışlayan Maksim zədələndikdən sonra qarşılaşmanın63-cü dəqiqəsində yerini Arif Daşdəmirova verib. Əvəzlənən Medvedev axsaya-axsaya birbaşa paltardəyişmə otağına yollanıb.

"Qarabağ"ın futbolçusunun zədəsinin ciddi olub-olmamasına həkim müayinəsindən sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43