Kateqoriyasız

ŞOK! Azərbaycanlı hakimlər görün nəyə görə dalaşdılar

Futbol hakimlərinin Antalya toplanışında xoşagəlməz hadisə baş verib. 

İdmanxeber.com-un məlumatına görə, ötən şənbə ədalət təmsilçilərinin məskunlaşdığı "Miracle" otelində axşam yeməyi zamanı Rəhim Həsənovla Mübariz Həşimovun sözü çəp gəlib və onlar ciddi mübahisə ediblər. Məsələ isə belə olub:

Yemək zamanı “əxi” Haşımov nəsə xoşagəlməz söz işlədib. “Şiə” Həsənov isə bunun əvəzində onun əqidədaşlarını söyüb. Onların əlbəyaxa olmasına ətrafdakılar imkan verməyib. Ancaq hirsi soyumayan Rəhim Həsənov yeməkdən sonar Haşımovun otağına gedib və döyüb. Səsə yığışan hakim yoldaşları aranı birtəhər sakitləşdiriblər.

Məsələyə Rəhim Həsənovun münasibəti belə olub: “Nədən danışdığınızı bilmirəm. Kiminlə dalaşmışam? Mübarizlə? Kim deyir? Boş-boş söhbətlərdi. Bizim aramızda heç nə olmayıb. Ümumiyyətlə, bizim kollektivdə belə şeylər mümkün deyil. Çox mehriban kollektivimiz var. Odu ki, dediyiniz məsələnin həqiqətlə yaxından uzaqdan əlaqəsi yoxdu”.

"Futbol+" qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43