Kateqoriyasız

ŞOK! “Bakcell Arena” da ara qarışdı: Məsələni prezidentlər həll edirlər

"Çixura" azərkeşlərinin "Neftçi" ilə oyunda açdıqları pankart qalmaqala səbəb oldu.

İdmanxeber.com-un məlumatına görə, "Çixura" azərkeşlərinin oyunda açdıqları pankartın üzərində xəritə çekilmişdi. Həmən xəritədə Gürcüstanın itirilmiş torpaqlarında qeyd olunub. Bundan elavə həmən itirilmiş torpaqların arasında Azərbaycanın rayonları olan "Qax" və "Zaqatala" da qeyd olunmuşdu. Bu pankart azərkeşlərin ciddi etirazına səbəb oldu. Oyun bitdikdən sonra isə PFL-in prezidenti  Ramin Musayev, AFFA-nın prezidenti Rövnəq Abdullayev və AFFA-nın baş katibi Elxan Məmmədov "Çixura" prezidenti ilə stadionun zirzəmisində görüşürlər. Polislərin ciddi nəzarəti altında keçən bu mübahisəyə heç bir mətbuat orqanı buraxılmır. Hadisələrin təfərrüatını bizdə izləyin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43