İdman

ŞOK: “Bakı Olimpiya Stadionu” çöküb?

“Bakı 2015” I Avropa Oyunlarının açılışı üçün nəzərdə tutulan “Bakı Olimpiya Stadionu”yla bağlı şok bilgi əldə etmişik.

İdmanxeber.com-un stadium.az-a istinadən verdiyi məlumata görə,arenanın bir hissəsində çöküntü baş verib. İş ondadır ki, stadion ərazisində daha əvvəl göl vardı. Bu göl qurudularaq yerində stadion tikintisinə başlanıldı.

“Bakı Olimpiya Stadionu”nda çalışan fəhlələrdən birinin redaksiyamıza verdiyi məlumata görə, stadionun alt hissəsinə su yığılıb. Təcili olaraq arenaya mütəxəssislər dəvət olunub. Hazırda da Almaniya və Yaponiyadan olan mütəxəssislər bu problemin aradan qaldırılması yönündə çalışırlar.

Hətta ehtimal olunur ki, əgər vəziyyət bu cür davam edərsə və Avropa Oyunlarında “Bakı Olimpiya Stadionu”na 50-60 min seyirci gələrsə, arena tamamilə çökə və fəlakət ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43