Ölkə futbolu

“Qəbələ” üçün ciddi itki: 3 həftə olmayacaq

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Simurq”a 0:3 hesabı ilə uduzan “Qəbələ” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın 73-cü dəqiqəsində zədələnərək oyunu tərk edən Dodo bu gün tibbi müayinədən keçib.  

Diz bağlarından zədələnən braziliyalı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43