Ölkə futbolu

SON DƏQİQƏ: “Xəzər Lənkəran”ın yeni baş məşqçisi gəldi və getdi

"Xəzər Lənkəran"ın baş məşqçi postuna namizəd Mustafa Dənizli artıq Lənkərandadır.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli çalışdırıcını hava limanında komandanın direktoru Höccət Hacıyev qarşılayıb. 

Mütəxəssis dərhal stadiona yollanıb. O, burada komanda ilə tanış olacaq.

“Xəzər Lənkəran” yaxın vaxtlarda Dənizli ilə müqavilə imzalayacaq. Anlaşmanın müddətinin 2 illik olacağı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43