Kateqoriyasız

SON! “Qarabağ” – Araz Abdullayev məsələsində yekun qərar

“Qarabağ”ın “Neftçi”nin futbolçusu Araz Abdullayevi transfer edib-etməyəcəyi dəqiqləşib.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Ağdam təmsilçisi “Neftçi”nin aparıcı üzvünü transfer etmək niyyətində deyil. Belə ki, sözügedən futbolçu Qurban Qurbanovun transfer siyahısında yer almayıb.

Qeyd edək ki, bir müddət öncə “Qarabağ”ın 23 yaşlı futbolçunu transfer edəcəyi ilə bağlı məlumat yayılmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43