Kateqoriyasız

Şotlandiya klubu “Neftçi”nin kapitanını transfer etmək istəyir

“Neftçi”nin futbolçusu Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

İdmanxeber.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu ölkənin “Harts” klubunun maraq dairəsinə düşüb. Millimizin də şərəfini qoruyan təcrübəli futbolçunun şotlandlara hansı cavab verəcəyi bilinmir.

Qeyd edək ki, Mahmudov 2017-ci ildən isə “Neftçi”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43