Dünya futbolu

“Milan”ın kapitanının evi qarət edildi, qızıl-zinət əşyaları oğurlandı

“Milan”ın futbolçusu Teo Ernandesin evi qarət edilib.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçinin Kassano Magnaqodakı villasına 4 silahlı şəxs girib.

Fransalı oyunçu evdə olmasa da, onun sevgilisi və altı aylıq oğlu villada olub. Soyğunçular bir milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43