Ölkə futbolu

“Spartak” – “Neftçi” matçının başlanma saatı açıqlandı

“Neftçi”nin Rusiyada “Spartak”la keçirəcəyi yoxlama matçının saatı müəyyənləşib.

İdmanxeber.az Moskva klubunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də “Otkrıtiye Bank Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Qeyd edək ki, “Neftçi” Sankt-Peterburqdan təşkil olunan “Matç TV” turnirində iştirak edir. “Ağ-qaralar” ilk oyunda “Zenit”ə 1:3 hesabı ilə məğlub olub. Bakı təmsilçisi iyulun 8-i Serbiyanın “Srvena Zvezda”, 15-i Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43