Ölkə futbolu

“Musa Qurbanlı İsveç çempionatında özünü tam göstərə bilər”

“Musa Qurbanlının bu il də “Qarabağ”da qalıb sonra Avropaya gedəcəyini düşünmüşdüm. Ancaq belə daha yaxşı oldu. Bu mövsüm çox yaxşı oynamışdı. Elə bir çempionata gedib ki, orada özünü tam göstərə bilər. Bunu Avropaya ilk addım kimi də fikirləşmək olar. Ola bilsin yaxın gələcəkdə “Djurqarden”dən daha yaxşı kluba getdi”.

Bu sözləri idmanxeber.az saytına Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev Musa Qurbanlının İsveçin “Djurqarden” klubuna keçidi barədə danışarkən deyib. O, millimizin üzvünün adının “Zalsburq”la, “Torino” ilə hallanıb İsveç klubuna keçməsini belə şərh edib:

“Gələcəkdə nə olacağını bilmirik. Bəlkə də ehtiyatda qalmaq istəmədiyi üçün daha böyük kluba getməyib. Futbolçu özünü göstərməsi üçün davamlı oynamalıdır. Ola bilsin ki, bu səbəbdən ortabab komandanı seçib. Bəlkə də bu, daha uyğun bir variantdır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43