Dünyadan

Suarez: “Mən küçədə böyüyən uşağam”

"Barcelona"nın hücumçusu Luis Suarez çətin uşaqlıq yaşadığını deyir. 

İdmanxeber.com xəbər verir ki, uruqvaylı forvard bunun ona bəzi şeyləri öyrətdiyini qeyd edib.

"Mən küçədə böyüyən uşağam. Məhz orda mübarizə aparmağı və rahatsızlıq hiss edəndə şikayətlənməməyi öyrənmişəm. Məsələn, meydanda hərəkət etməyim qeyri-mümkün olan hallarda başqa, heç vaxt əvəzlənməyi istəmirəm. Kiçik yaşlarımda da bir sıra qurbanlar verməli olmuşam. Ailəmin mənə ayaqqabı almağa pulu yox idi. Bu, malik olduqlarıma qiymət verməyimə səbəb olub".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43