Dünyadan

“Barcelona” 1-ci, “Qarabağ” 125-ci

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

İdmanxeber.com xəbər verir ki, cədvələ İspaniyanın “Barcelona” klubu başçılıq edir. Madrid “Real”ı ikinci, Almaniya “Bavariya”sı üçüncüdür.

Azərbaycan təmsilçilərinin yer aldığı cədvəldə ən yüksək mövqedə “Qarabağ” qərarlaşıb. Aktivində 1977,25 xal olan çempionumuz 125-ci pillədədir. 

“Qəbələ” isə 1854,43 xalla 331-cidi. 1821,97 xala malik “İnter” 425-ci pillədə yer alıb. Daha bir komandamız 1000 ən yaxşı sırasındadır. Belə ki, “Zirə” 1678,93 xalla 907-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43