Kateqoriyasız

Subaşiçin yeni komandası müəyyənləşdi, klub prezidenti özündən çıxdı: “Gözümün içinə baxa-baxa yalan deyirlər”

Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin yeni komandası müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, "Orduspor"dan ayrılan milliləşdirilmiş serb əsilli hücumçu Türkiyə birinci dəstə təmsilçisi "Mansisaspor"la anlaşıb.

32 yaşlı futbolçunun "Mansisaspor"la anlaşması "Bucaspor" klubunun prezidenti Hüsnü Kayanı özündən çıxarıb. Klub prezidenti bu davranışın yolverilməz olduğunu bildirib:

"Manisaspor" Subaşiçi rəsmən oğurladı. Bizim anlaşdığımızı bilə-bilə onu öz Manisaya dəvət etdilər. Belə davranışlar qəbuledilməzdir. Biz hər hansı bir klubun anlaşdığı futbolçuya uzaqdan belə baxmırıq. Onların hərəkətini qınayıram. "Manisaspor"un prezidenti Abdullah Mergen mənə "Subaşiçi almayacağıq" demişdi. Lakin sonradan hücumçu ilə razılığa gəliblər. Artıq "Manisaspor"la bir dostluğumuz qalmadı. Bir də gözümün içinə baxa-baxa yalan deyirlər".

Klub prezidenti daha sonra Subaşiç haqda da tənqidi fikirlər səsləndirib: "Futbolçunun bizimlə razılaşıb, sonra başqa kluba keçməsi ayıbdır. Bizə istedadlı olmaqla yanaşı, həm də xarakterli futbolçu lazımdır".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43